Azərbaycanda 3 yeni klub yarandı - “Nur”, “Gənclərbirliyi” və “Qarabağ”

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatının başlama tarixi açıqlanıb. Sportinfo.az xəbər verir ki, yarış fevralın 17-də start götürəcək. Bu barədə qərar qurumun bu gün keçirilən iclasında verilib. Bildirilib ki, çempionatda 4 klub kişilərin, eyni sayda da komanda qadınların mübarizəsində qüvvəsini sınayacaq.
 
“ABU-Arena”da baş tutacaq birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.

Tarix: 6 Fevral 08:36    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.