Azərbaycan samboçuları Dünya Kubokunda 2 qızıl medal aldı

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib.

 

Sportinfo.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub.

 

Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub. Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb.

Tarix: 26 Mart 00:40    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.