"Mehdiabad dairəsi"ndə mübahisə edən Azərbaycan çempionu bıçaqlandı

Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.

 

Sportinfo.az xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

 

Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov "Mehdiabad dairəsi" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

 

Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır., S.İsmayılov "Fateh" klubunun üzvüdü. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub.

Tarix: 22 Mart 19:36    Oxunub: 294    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.