"Hər axşam ayağıma boy hormonu iynəsi vururdum"

"Barselona"nın futbolçusu Lionel Messi uşaqlığı və səhhətindəki problemlər barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu "Onefootball" nəşrinə açıqlamasında 8 yaşından ona valideynlərinin iynələr vurduqlarını bildirib. 

 

12 yaşında ikən isə Messi bunu özünün sərbəst yerinə yetirdiyini vurğulayıb: "Mən kurs keçmişdim. Hər axşam ayağıma boy hormonu iynəsi vururdum.

 

Əvvəlcə birinə, sonra digərinə. İynə balaca olduğundan ciddi ağrı hiss etmirdim. Bütün bu proses adi idi. Bunu etməli idim və edirdim".

 

31 yaşlı hücumçuya uşaqlıqda boy hormonu çatışmazlığı diaqnozu qoyulub. Onunla müqavilə bağlamağı qərara alarkən "Barselona" müalicə xərclərini də ödəyib. Hazırda məşhur futbolçunun boyu 1,69 metrdir.

 

Messi dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un 5 qat sahibidir. O, "Barselona"nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun sahibi və 4 dəfə Çempionlar Liqasının qalibi olub. 

Tarix: 21 Mart 13:00    Oxunub: 311    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.