Öncəki klubundan ayrılan Azərbaycan millisinin futbolçuları yeni...

Qış fasiləsində "Bursaspor”dan ayrılan Azərbaycan millisinin futbolçuları Deniz Yılmaz və Ozan Can Kökcü yeni klublarında fərqli qrafik cızırlar.

 

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Gənclərbirliyi”inə keçən Yılmaz orada da əsas heyətə düşməkdə çətinlik çəkir.

 

Ümumilikdə 5 matçda 201 dəqiqə forma geyinən 29 yaşlı hücumçu heç bir qarşılaşmada “11-lik”də yer almayıb. O, “Gənclərbirliyi”nin Türkiyə Kubokunda səfərdə “Beşiktaş"a 1:3 hesabı ildə uduzduğu görüşdə qol vursa da, baş məşqçi Ümit Özatın daimi etimadını qazana bilməyib.

 

Əvəzində Hollandiyanın I Divizionundakı “Valveyk”ə icarəyə göndərilən Ozan Can Kökcü yaxşı oyunu ilə ön plana çıxmağı bacarıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında özünü doğruldub.

 

Ümumilikdə 10 görüşdə 694 dəqiqə meydanda olan Kökcü 3 məhsuldar ötürmə verib. O, baş məşqçi Rəşad Sadıqov tərəfindən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığmaları ilə səfər matçları üçün U-21 millisinə dəvət alıb. 

 

Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanov martın 23-də Belarus, 4 gün sonra isə Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunları üçün Deniz Yılmaza dəvət göndərməyib.

Tarix: 21 Mart 12:36    Oxunub: 601    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.