"Xərçəng xəstəliyinə qalib gəldim, indi işimə qayıtmaq istəyirəm"

“Sevilya”nın sabiq baş məşqçisi Eduardo Berisso bəyan edib ki, o, artıq xərçəng xəstəliyinə qalib gəlib və yenidən sevimli işinə qayıtmağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis ölkəsinin telekanallarından birinə açıqlamasında bunları söyləyib:

 

“Xəstəliyə qalib gəldim, o artıq geridə qaldı. İndi isə işimə qayıtmaq istəyirəm. “Sevilya”dan ayrılmağıma gəlincə, klub həmin vaxtkı situasiyanı olduğu kimi təqdim etmədi”.

 

Berisso ötən ilin dekabr ayında “komandanın qeyri-qənaətbəxş nəticələrə imza atması” səbəbindən postundan uzaqlaşdırılmışdı. Həmin dövrdə Eduardo xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Tarix: 21 Mart 12:12    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.