“Özümü yaxşı hiss etməyəndə ona zəng edirdim” - Mircavadov

Xəbər verdiyimiz kimi, "Neftçi"nin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib. 

 

Sportinfo.az xəbər verir ki, tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov mərhum həmkarı ilə bağlı xatirələrini bölüşüb.

 

O, Hacıyevin gülərüz, mərd insan olduğunu deyib. “Əvəllər tez-tez görüşürdük. Axır 3 il yarım ərzində Məşqçilər Komitəsində bir yerdə çalışdıq.

 

O, elə insan idi ki, sözü birbaşa adamın üzünə deyirdi. Az danışardı, amma yaxşı sözlər deyərdi. Tarixə düşən uğurları oldu. Öz üzərində çalışan məşqçi idi. Bir-birimizin hörmətini saxlayırdıq.

 

Bəzən onun məzəli sözünə ehtiyac duyurduq. Özümü yaxşı hiss etməyəndə zəng edib Böyükağa ilə danışırdım. Birdən elə söz deyirdi ki, telefonda ikimiz də gülürdük. Dost kimi mərd insan idi.

 

Hamının hörmətini saxlayırdı. Həmişə hazırcavab idi. Ona söz çatdırmaq mümkün deyildi. Şən təbiətli insan idi. Allah rəhmət eləsin. Onun ölümü futbolumuz üçün böyük itkidir”- Ağasəlim Mircavadov həmkarı ilə bağlı deyib.

Tarix: 21 Mart 11:48    Oxunub: 596    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.