Millilər qitə birinciliyinə Xaçmaz və Astarada hazırlaşır

23-29 apreldə Kiyevdə yeniyetmələrin Avropa birinciliyi keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, yarışa hazırlıq məqsədi ilə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar Xaçmaz Olimpiya İdman Kompleksindədirlər.

 

Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında ümumilikdə 42 bahadır iştirak edir. Yeniyetmə-gənc qızlar və qadın güləşçilərimiz Astara Olimpiya İdman Kompleksində hazırlaşırlar.

 

Toplanışda yığma komandanın 17 üzvü ilə yanaşı, Özbəkistan yığma komandasının 9 üzvü də iştirak edir. Martın 12-dən başlayan toplanış ayın 25-dək davam edəcək.

 

Bbu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü olimpiya oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq.

 

Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər “dördilliy”ə birbaşa vəsiqə qazanacaqlar.

 

Reqlamentə əsasən isə qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Tarix: 21 Mart 10:36    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.