Daha bir məşhur baş məşqçi Çin klubuna getdi

Almaniyalı mütəxəssis Bernd Şuster özünə yeni iş yeri tapıb.

 

Sportinfo.az xəbər verir ki, o, bundan sonra Çinin “Dalian Yifanq” klubunu çalışdıracaq.

 

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, bu mövsümkü uğursuz çıxış səbəbindən komandanın baş məşqçisi Ma Lin istefaya göndərilib.

 

Çinli mütəxəssisi isə bu postda Şusterin əvəz edəcəyi açıqlanıb. “Dalian Yifanq” Çin Super Liqasına bu mövsüm vəsiqə qazanıb.

 

Sözügedən klub bir müddət öncə Madrid “Atletiko”sundan Yannik Karrasko, Niko Qaytan kimi futbolçuları transfer etməklə iddiasını ortaya qoyub.

 

Şuster isə son olaraq 2013/14 mövsümündə İspaniyanın “Malaqa” klubunu çalışdırıb. Almaniyalı mütəxəssis Madrid “Real”ında, Almaniyanın “Köln”, Ukraynanın “Şaxtyor”, Türkiyənin “Beşiktaş” klublarında da baş məşqçi olub.

Tarix: 21 Mart 10:24    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.