"Pasportunu verə bilmirdik, versəydik, Çexiyaya gedə bilməyəcəkdi"

"Slaviya"nın futbolçusu Fərid Nəbiyevin U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində qarşıdakı iki oyununa çağırılmamasının səbəbi məlum olub.

 

Sportinfo.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov 19 yaşlı yarımmüdafiəçinin Kosovo və İrlandiya ilə səfər matçlarına dəvət etmək fikrində olduğunu bildirib.

 

Ancaq yaranan problem Nəbiyev gəlişinə imkan yaratmayıb: "Fərid siyahımda var idi. Sadəcə, onun pasportu ilə bağlı problemi yarandı.

 

Nəbiyevə pasportunu verə bilmirdik. Versəydik, Çexiyaya gedə bilməyəcəkdi. Futbolçu Bakıya gəlmişdi, bir müddət burda oldu. Mütləq Çexiya vizası almalı idi. Fəridin heyətdən kənarda qalması viza problemi ilə bağlıdı".

Tarix: 21 Mart 10:12    Oxunub: 384    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.