"Məni tənqid edənlərin hamısına salam göndərirəm"

"Yuventus”un hücumçusu Qonsalo İquain Argentina yığmasına dəvət alması barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, İquain son 6 ayda ilk dəfə yığmaya dəvət olunub.

 

O, dünya çempionatına gedəcək heyətdə olacağına inandığını da bildirib: “Bu imkandan yararlandığımı güman edirəm. Məni son 6 ayda ilk dəfə dəvət etdilər. Yığmada olmaq mənim üçün çox vacib amildi.

 

Bu müddətdə yaxşı çalışdım. Ümid edirəm ki, mundiala gedəcək heyətdə yer alacam. Tənqid? Mənim işim futbol oynamaqdı, danışmaq yox.

 

Məni tənqid edənlərin hamısına salam göndərirəm. İnanıram ki, indi onlar xoşbəxtdilər. Çünki mən xoşbəxtəm”.

Tarix: 21 Mart 08:48    Oxunub: 111    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.