“Mən kral yox, tanrıyam” dedi”

“Şalke”nin müdafiəçisi Benjamin Stambuli PSJ-də oynadığı vaxtda Zlatan İbrahimoviçlə aralarında keçən maraqlı dialoq barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, fransız futbolçu ölkəsinin mətbuatına açıqlamasında İbranı “dəli” adlandırıb: 

 

“Bir dəfə fizioterapiyada birlikdə idik. Televizyada xəbərlər gedirdi. Onun barəsində danışırdılar. Məndən tərcümə etməyimi istədi. Onun Parisin kralı olduğundan bəhs etdiklərini dedim.

 

Bu ifadədən məmnun qalacağını düşünmüşdüm. Ancaq tam əksinə oldu. Çox əsəbləşdi və qışqıraraq “Mən kral yox, tanrıyam” dedi. İbrahimoviç əsl dəlidi”.

 

Stambuli 2016-cı ildə PSJ-dən “Şalke”yə transfer olub. İbrahimoviç isə hazırda “Mançester Yunayted”in üzvüdü.

Tarix: 21 Mart 01:00    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.