"Təəssüf, yenə istədiyimiz oyunçuların hamısını toplaya bilmədik" - VİDEO

"Azərbaycan və Sloveniya ilə oyunlarda müəyyən taktiki dəyişikliklər edəcəyik".

 

Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi İqor Kriuşenko yoldaşlıq görüşü ilə əlaqədar Bakıya səfər öncəsi yerli telekanala açıqlamasında deyib. 

 

54 yaşlı mütəxəssis bildirib ki, əsas yenilik bu olacaq. Kriuşenko çatışmazlıqlardan da bəhs edib: "Təəssüf ki, yenə istədiyimiz oyunçuların hamısını toplaya bilmədik. Bu, zədəlilərin olması ilə əlaqədardır".

 

Martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. 

 

Tarix: 21 Mart 00:30    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.