100 milyon avro və daha yuxarı məbləğ qarşılığında sata bilər

“Bavariya” bir neçə klubun diqqət mərkəzində olan hücumçusu Robert Levandovski ilə bağlı qərar verib.

 

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi əsas hücumçusunu satmaq fikrində deyil.

 

Lakin klub rəhbərliyi 100 milyon avro və daha yuxarı məbləğ qarşılığında polşalı forvardı sata bilər. Bu barədə məlumatı Almaniyanın “Kicker” nəşri yayıb.

 

Polşa millisinin də üzvü olan futbolçunun xidmətində “Real” və “Mançester Yunayted” maraqlıdı. “Kral klubu”nun növbəti mövsüm üçün əsas hədəfi “Tottenhem”in ön xətt oyunçusu Harri Keyndi.

 

Lakin Madrid təmsilçisinin ingilis hücumçunun keçidi alınmasa, Levandovski üçün 100 milyon avro ödəməyə hazır olduğu qeyd edilib.

 

Levandovski cari mövsümdə şans qazandığı 37 oyunda 32 qol vurub, 4 məhsuldar ötürmə edib. Polyak hücumçunun “Bavariya” ilə müqavilə müddəti 2021-ci ildə bitəcək.

Tarix: 21 Mart 00:00    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.