"Bura onun üçün gəlmişik ki, bu il üçün ən vacib işimizə hazırlaşaq"

“Bu komandanın bir parçası olmaq mənim üçün böyük şərəfdi. Özünü Qoran Pandev, Aleksandar Traykovski, Arian Ademi, İlia Nesterovski kimi futbolçularla birlikdə hiss etmək çox xoşdu”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Makedoniya millisinin futbolçusu Enis Bardi deyib.

 

Bardi Makedoniya millisində keçirdiyi 11 oyunda 1 qol vurub. İspaniyanın “Levante” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi yığmasının Antalya toplanışına qatılıb. 

 

Martın 23-də Finlandiya, 27-də Azərbaycanla yoxlama görüşləri keçirəcək balkanlıların orta sahə oyunçusu Makedoniya mətbuatına verdiyi açıqlamada bu duellərin vacibliyini vurğulayıb:

 

“Yığmanın Türkiyədəki təlim-məşq toplanışı barədə ilkin təəssüratlarım əladı. Lakin biz bura onun üçün gəlmişik ki, bu il üçün ən vacib işimizə hazırlaşaq. Həmin iş ki, orada keçirəcəyimiz matçlar bizi Avropa çempionatının final mərhələsinə daşıya bilər.

 

Biz Millətlər Liqasına yüksək səviyyədə hazır olmalıyıq. Bu səbəbdən də qarşıdakı iki yoxlama oyunu bizim üçün sadəcə sınaq deyil, vacib görüşlərə texniki və taktiki cəhətdən hazır olmağın yoludu. Biz hər şey edəcəyik ki, bu komanda irəliləsin.

 

Çox yaxşı komandamız var. Bizə Millətlər Liqasına psixoloji cəhətdən hazırlaşmaq lazımdı. Azərbaycan və Finlandiya ilə görüşlər də bunu yaxşılaşdırmağa kömək edəcək”.

Tarix: 20 Mart 19:00    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.