Gör, Bakıya kim gəlir!

Aprelin 28-də Kristina Aqilera Formula1 Azərbaycan qran-prisinin sıralanma turu başa çatdıqdan sonra, axşam saatlarında “Büllur” sarayda tamaşaçılar önünə qarşısına çıxacaq.

 

Sportinfo.az xəbər verir ki, bəstəkar və aktrisa kimi də tanınan müğənninin 7 albomu dünyada 43 milyon dəfədən çox satılıb.

 

Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən Kristina indiyədək 6 “Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı “Billboard”ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb.

 

Bundan başqa, o, Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.

 

“Rolling Stone” jurnalı Aqileraya “bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı”, “Time” jurnalı isə ona “dünyanın ən nüfuzlu 100 şəxsi” sırasında yer verib. “Genie in a Bottle”, “Beautiful” və “Come on Over” kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop vokal ifaçılarından biri ünvanını qazandırıb.

 

Müğənnilik və bəstəkarlıq fəaliyyəti ilə yanaşı Kristina müxtəlif film və seriallara çəkilib. O həm də rol ifa etdiyi “Burlesque” filmində səsləndirilən “Bound to You” mahnısının bəstəkarlarından biri olub. Daha sonra bu mahnı “Golden Globe” nominasiyasına layiq görülüb.

 

Bu il Aqilera “Warner Bros” tərəfindən çəkilən “Life of the Party” və çəkilişi müstəqil aparılan “Zoe” filmində yer alacaq. “Zoe” filmi bu il ilk dəfə “Tribeca” film festivalında nümayiş olunacaq.

Tarix: 20 Mart 18:00    Oxunub: 521    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.