Bu hücumçu oyun zamanı 4 dəqiqə huşsuz vəziyyətdə qaldı - VİDEO

"Zalsburq"un futbolçusu Munas Dabbur Avstriya Bundesliqasının XXVII turunda "Austriya" ilə oyun zamanı 4 dəqiqəyədək huşsuz vəziyyətdə qalıb.

 

Sportinfo.az xəbər verir ki, israilli hücumçu ikinci hissədə rəqib müdafiəçi Ştefan Ştanql ilə kəllə-kəlləyə toqquşduqdan sonra yerə sərilib. 

 

25 yaşlı forvard meydandan xərəklə çıxarılıb və xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin sabit və sağlamlığı üçün təhlükə olmadığı bildirilir. Lakin növbəti oyunlarda Dabbur meydana çıxa bilməyəcək.

 

Görüş "Zalsburq"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Munas Dabbur bu mövsüm Bundesliqada 24 oyuna 16 qol vurub. 

 

Tarix: 20 Mart 17:48    Oxunub: 223    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.