"Qoy, indi də danışsınlar ki, Kriştiano 33 yaşında karyerasını bitirməlidi”

“Real”ın hücumçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyru bir müddət öncə oğluna qarşı yönəlmiş tənqidlərə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, o, şəxsi “İnstaqram” hesabında portuqliyalı futbolçunun karyerasını bitirməli olduğunu deyənlərə cavab verib. 


Ronaldonun şəklini və üzərində onun 2018-ci ildə vurduğu qolların sayını paylaşan Aveyru fotonun altında isə bu sözləri yazıb: “Qoy, indi də danışsınlar ki, Kriştiano 33 yaşında karyerasını bitirməlidir”.

 

Mövsümün ilk hissəsində oyunu alınmayan Ronaldo 2018-ci ildə çıxdığı 13 oyunda 21 qol vurub.

Tarix: 20 Mart 17:36    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.