Ristovski Azərbaycanla oyunun əhəmiyyətindən bəhs etdi

 "Millətlər Liqasının startınadək hazır vəziyyətdə olmalıyıq.

 

Qarşıdakı yoxlama oyunlarında bizi gələcəkdə nələrin gözlədiyini görəcəyik".

 

Sportinfo.az xəbər verir ki, bunu Makedoniya milli komandasının futbolçusu Stefan Ristovski Türkiyənin Antalya bölgəsində Finlandiya və Azərbaycan ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.

 

Makedoniya Futbol Federasiyasının rəsmi saytına açıqlama verən Portuqaliya "Sportinq"inin müdafiəçisi komandanın xarakterinin gücləndirilməsi üzərində çalışmalarının vacibliyini bildirib.

 

O, kollektivdaxili ab-havanın yüksək olduğunu söyləyib: "Yığmanın düşərgəsinə həmişə sevinclə gəlirik.

 

Antalyadakı ongünlük hazırlıq prosesindən xətlərarası əlaqə və uyğunlaşma baxımından böyük irəliləyişə nail olmaq üçün yararlanacağıq. Təbii ki, Finlandiya və Azərbaycanla oyunlara hazır olacağımıza ümidvaram".

 

Makedoniya yığması Finlandiya ilə martın 23-də "Qloriya", Azərbaycanla isə martın 27-də "Mardan" stadionunda üz-üzə gələcək.     

Tarix: 20 Mart 16:24    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.