"Mənim üçün rəqibin Azərbaycan və ya Fransa olması vacib deyil"

"Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda danışmamışıq".

 

Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin futbolçusu İvan Mayevski "Pressbol"a müsahibəsində deyib. 

 

Hazırda Qazaxıstan "Astana"sında çıxış edən 30 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq maraqlıdır:

 

"Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır".

 

Milliyə yaxşı əhval-ruhiyyədə gəldiyini deyən Mayevski bunu "Astana"nın mövsümə yaxşı başlaması, yazın gəlişi və yığmadakı futbolçularla çoxdandır görüşməməsi ilə əlaqələndirib.

 

O, dünya çempionatının seçmə qrup mərhələsindəki məğlubiyyətlərdən müəyyən nəticələr çıxarmalı olduqlarını da əlavə edib.

 

Martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək.

 

Bundan 4 gün sonra isə Azərbaycan millisi Türkiyənin Antalya bölgəsində Makedoniya, Belarus isə Lyublyanada Sloveniya ilə üz-üzə gələcək. 

Tarix: 20 Mart 15:36    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.