Bakıda iranlıya qarşı quldurluq edən futbolçu 2 il həbsdə yatacaq

Bakı Apellyasiya Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib. 

 

Həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər. Məhkəmə istintaqı dövründə üç nəfərdən yalnız Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilmişdi.

 

Atayev və Məmmədov barəsində məhkəmə istintaqı dövründə həbs qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar. Təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov futbolçudu.

 

O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.

 

Məlum olub ki, saxlanılanlardan Məmmədov Məhərrəmovun qaynıdı. Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. Atayevlə Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Tarix: 20 Mart 14:00    Oxunub: 310    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.