Ağır qripə yoluxduğundan millidən kənarlaşdırıldı.

İrlandiya və Monteneqro ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyənin heyətində daha bir dəyişiklik edilib.

 

Sportinfo.az xəbər verir ki, İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğundan millidən kənarlaşdırılıb. 

 

Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib. Bundan əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.

 

İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək. 

Tarix: 20 Mart 13:48    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.