"Əgər futbola yatırım etsəydim, “Nyukasl”ı seçər, Ronaldonu da alardım"

Məşhur boksçu, sabiq dünya çempionu Floyd Meyvezer futbola olan marağından danışıb.

 

Sportinfo.az xəbər verir ki, Floyd futbola investisiya yatırmaq fikrində olmadığını deyib.

 

O, bildirib ki, əgər bu addımı atsaydı, “Nuyukasl”ı seçərdi, Kriştiano Ronaldonu da bu komandaya transfer edərdi:

 

“Bəli, mən “Nyukasl”a investorluq edərdim. Bu şəhəri çox sevirəm, orda əyləncələr təşkil edirəm. Bu şəhərdə əylənməyi bacarırlar.

 

Mən həmişə təkliflərə açığam. Demək olar ki, bütün idman növlərini sevirəm. Ancaq yatırımı başla edirəm, ürəklə yox. Futbol mənim yatırım edəcəyim idman növü deyil. Baxmayaraq ki, futbolla əlaqəm var.

 

Əgər futbola yatırım etsəydim, “Nyukasl”ı seçərdim, Ronaldonu da alardım. Ona təklif edərdim ki, karyerasını “Nyukasl”da bitirsin”.

Tarix: 20 Mart 12:12    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.