İtaliyalı mütəxəssis "Qarabağ"ın futbolçusunu milliyə çağırılmamasının səbəbini izah etdi

Albaniya millisinin baş məşqçisi Kristian Panuççi "Qarabağ"ın futbolçusu Ansi Aqollini Norveçlə yoldaşlıq oyununa çağırmamasının səbəbini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bunu yığmanın sabiq kapitanının yaş amili ilə əlaqələndirib.

 

Panuççi Aqollinin çıxış etdiyi sol cinah müdafiəçisi mövqeyinə yeni oyunçu variantını nəzərdən keçirdiyini diqqətə çatdırıb:

 

"Aqollinin 2020-ci il Avropa çempionatı vaxtı 38 yaşı olacaq. Bunu nəzərə alaraq, mümkün əvəzləyicisini nəzərdən keçirirəm. Odu ki, onu yığmaya çağırmamağı qərara almışam".

 

Baş məşqçi albaniyalı futbolçuların öz klublarında az oynamalarından narahatlığını da dilə gətirib. Panuççi məhz buna görə bir yoldaşlıq görüşü ilə kifayətlənməyə və dəvətli futbolçularla bir həftə ərzində hazırlıq keçməyə qərar verdiyini vurğulayıb.

 

Albaniya millisinə 2017-ci ilin ortalarında baş məşqçi təyin olunmuş Kristian Panuççi 4 yeni oyunçuya dəvət göndərib.

 

Eyni sayda aparıcı futbolçu isə lazımi formada deyil. Norveçlə yoldaşlıq görüşü martın 26-da Elbasan şəhərindəki eyniadlı arenada keçiriləcək.

Tarix: 20 Mart 00:30    Oxunub: 428    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.