"Azərbaycan millisi yetərincə cəld və texnikalı komandadı"

“Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsində qarşılaşacağımız komandalarla eyni səviyyədədi”.

 

Sportinfo.az xəbər verir ki, bunu Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko Azərbaycan və Sloveniya milliləri ilə yoldaşlıq görüşlər ərəfəsində təşkil etdiyi mətbuat konfransında deyib.

 

54 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi yetərincə cəld, texnikalı və topa nəzarət etməyə çalışan bir kollektivdir:

 

“Hətta heyətlərində milliləşdirilmiş braziliyalı oyunçu da var. Sloveniya isə reytinqcə bizdən üstündür və daha yüksək səviyyəyə malik rəqibdir. Yetərincə, möhkəm və bizim can atmalı olduğumuz səviyyədədirlər”.

 

Martın 23-də keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Millətlər Liqasında Azərbaycan yığması kimi D Liqasında yer alan Belarus millisi II qrupda Lüksemburq, Moldova və San Marino kollektivləri ilə mübarizə aparacaq.

Tarix: 19 Mart 20:24    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.