"Sumqayıt"ın yoxlama oyunu

Ötən turdə “Kəpəz”i məğlub edən “Sumqayıt” istirahəti başa vuraraq, hazırlıq proseslərini bərpa edib.

 

Sportinfo.az xəbər verir ki, omanda bu gün saat 16:00-da “Kapital Bank Arena”da Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.

 

Hazırlığı komandanın rəhbərliyi də izləyib. Nəzərinizə çatdıraq ki, Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər.

 

Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqin ilk hissəsi yüngül qaçış, ikinci hissəsi isə toplu çalışmalarla keçirilib. “Sumqayıt” həftəsonu yoxlama görüşü keçirməyi planlaşdırır.

Tarix: 19 Mart 20:12    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.