ÇL-da 13 komandanın səbəti müəyyənləşdi, Azərbaycan çempionunu gözləyir

Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsinin səbətləri açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, yarışda iştirakı dəqiqləşən komandalar UEFA reytinqinə əsasən səbətini tanıyıb.

 

34 komandanın mübarizə aparacağı mərhələnin iştirakçılarından 13-ü bəllidi. Lakin bu komandalardan birinin hansı səbətdə yer alacağı bilinmir. Söhbət Farer adalarının çempionu “Vikinqur”dan gedir.

 

 

Digər çempionlardan 6-sı səpələnmiş, 6-sı səpələnməmişlər səbətindədi. Danimarka təmsilçisinin də səbəti məlumdu. Bu ölkədə qızıl medalı qazanacaq komanda dəqiqləşməsə də, həmin klub səpələnmişlərdən biri olacaq. Çünki bu ada iddiası qalanlardan ən aşağı reytinqlisi 5,190-a bərabərdi.

 

Azərbaycan çempionunu dəqiqləşmədiyi üçün təmsilçimizin əmsalı bilinmədiyindən hansı səbətdə yer alacağı da qeyri-müəyyəndi. Çempionun kimliyindən asılı olaraq, bu rəqəm 3,825-dən 20,500-ə qədər dəyişəcək (apasport.az).

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Astana” (Qazaxıstan) – 21,750

BATE (Belarus) – 20,500

“Şerif” (Moldova) – 14,750

“Malmö” (İsveç) – 14,000

“Rusenborq” (Norveç) – 9,000

HİK (Finlandiya) – 8,000

Danimarka çempionu – 5,190-34,000

 

Səpələnməmişlər

“Suduva” (Litva) – 2,000

“Kork Siti” (İrlandiya) – 1,750

“Spartak” (Yurmala, Latviya) – 1,750

“Valyur” (İslandiya) – 1,650

“Flora” (Estoniya) – 1,250

“Torpedo” (Kutaisi, Gürcüstan) – 1,000

 

Səbəti bəlli olmayan

“Vikinqur” (Farer adaları) – 3,000

Tarix: 19 Mart 19:36    Oxunub: 366    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.