"Mənə dil öyrənmək lazım gələcək, çünki fransızlarla problemim var"

Məşhur holland məşqçi Lui Van Qal PSJ-də işləmək perspektivi barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Van Qal PSJ-ni çalışdırmaq istədiyini etiraf edib.

 

Ancaq o, fransızlarla probleminin də olduğunu vurğulayıb: “PSJ-ni çalışdırmaq əla olardı. Ancaq bu o qədər də asan deyil. Mənə yeni dil öyrənəmək lazım gələcək. Çünki fransızlarla problemim var.

 

Ünsiyyət baş məşqçi üçün əsas amildi. PSJ yüksək səviyyəli komandadı. Etiraf edim ki, “Barselona”, “Bavariya”, “Ayaks”, “Mançester Yunayted”, Hollandiya yığması kimi komandalardan sonra maraqlı təklif almaq çox çətindi.

 

Van Qalın karyerasında sonuncu klub “Mançester Yunayted” olub. O, bu komandadan 2015/2016 mövsümünün sonunda ayrılıb.

Tarix: 19 Mart 19:24    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.