Baş katib və baş məşqçi Rəşad Sadlqova ürək-dirək verdi - FOTO

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət yığmanın üzvləri ilə görüşüb.

 

Sportinfo.az xəbər verir ki, Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

 

U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək.

 

Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.



 

 

Tarix: 19 Mart 19:00    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.