UEFA pul verəcək, AFFA Cocuq Mərcanlıda stadion tikəcək

AFFA-nın dəstəyi ilə martın 26-dan 29-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Cəsur ürəklər” adlı festival keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdi.

 

AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub. Layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq,

 

3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.

 

Bundan əlavə, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunacaq.

 

İnşaat xərclərini AFFA-nın irəli sürdüyü layihəni müsbət dəyərləndirən UEFA Children Foundation ödəyəcək.

Tarix: 19 Mart 18:48    Oxunub: 254    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.