İlham Əliyevə 2 dünya çempionatının ilk bileti təqdim edildi

Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

 

Şənlik zamanı Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının ilk bileti təqdim olunub.

 

Qeyd olunub ki, son illər inkişafda olan idman növləri arasında cüdo da xüsusilə seçilir. Sentyabrın 20-27-də Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 150-dək ölkədən 800-yə yaxın idmançının iştirakı gözlənilir.

 

Azərbaycan milli komandası dünya çempionatında tam heyətlə iştirak edəcək. Yarışlar Milli Gimnastika Arenasında keçiriləcək. Dövlət başçısına cüdo üzrə dünya çempionatının ilk bileti təqdim edilib.

Tarix: 19 Mart 17:24    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.