"Sabah”la “Xəzər”dən qonaqlara 5 cavabsız qol

Bu gün I Divizionda 19-cu turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

 

“Xəzər” “Mil-Muğan”la, “Sabah” isə “Binə” ilə ev oyununda 5 cavabsız qolla qalib gəlib.

 

Qış fasiləsindən sonrakı oyunlarında ardıcıl məğlubiyyətlərlə üzləşən “Qaradağ Lökbatan” nəhayət bu turda MOİK-lə səfər oyunundan qalib ayrılıb. 

 

Son çempion “Turan Tovuz” evdə “Şüvəlan”a minimal hesabla qalib gəlib. Çempionatın aşkar autsayderi “Zaqatala” isə səfərdə “Ağsu”nu məğlub etməyə nail olub.

 

“Xəzər” – “Mil-Muğan” 5:0
Qol: Kənan Mirzəliyev, 10. Vadim Abdullayev, 17. Tural Qürbətov, 66; 87. Ramil Həsənov, 73.
Qırmızı vərəqə: Anar Babazadə, 79 (Mil-Muğan).
Hakimlər: Ramil Diniyev, Rahin Heybətov, Samir Ələsov, Elgün Hüseynov.
Bakı. “İnter Arena”.

“Turan Tovuz” – “Şüvəlan” 1:0
Qol: İlkin Rzayev, 30.
Hakimlər: Rəhim Həsənov, Elman Kərimov, Pərvin Talıbov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu.

“Ağsu” – “Zaqatala” 0:1
Qol: Haqverdi Həsənov, 24.
Qırmızı vərəqə: Nurlan İsbəndiyarov, 54 (Ağsu). Haqverdi Həsənov, 69 (Zaqatala).
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Vüqar Bayramov, Nahid Xasıyev.
Ağsu şəhər stadionu.

MOİK – “Qaradağ Lökbatan” 1:2
Qol: Bəhruz Teymurov, 85-pen. – Ruslan Voronsov, 58. Əliqulu Manafov, 90.
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Tural Bayramov, Alik Yunusov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Sabah” – “Binə” 5:0
Qol: İlqar Ələkbərov, 8. Mənsur Nəhavəndi, 15-avtoqol. Raul Yaqubzadə, 17. Emin Mehtiyev, 62. Artyom Zabun, 85.
Qırmızı vərəqə: Məqsum Qənbərli, 90+2.
Hakimlər: Ömər Paşayev, Məmmədəli Kərimov, Elxan Əsgərzadə, Elxan Müslümov.
Binə qəsəbə stadionu.

 

1 Qaradağ Lökbatan 19 13 2 4 35-18 41
2 Şüvəlan 19 9 3 7 20-16 30
3 Binə 19 9 3 7 26-21 30
4 Xəzər 19 8 5 6 22-11 29
5 MOİK 19 9 2 8 26-23 29
6 Turan Tovuz 19 8 4 7 27-24 28
7 Sabah 19 7 5 7 25-27 26
8 Mil-Muğan 19 6 3 10 27-40 21
9 Ağsu 19 6 3 10 18-31 21
10 Zaqatala 19 4 2 13 16-31 14

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 9 qol
Elnur Səmədov ("Turan Tovuz") - 8 qol

Samir Babayev ("Mil-Muğan") - 8 qol
Bəhruz Teymurov (MOİK) - 8 qol

 
Tarix: 19 Mart 17:12    Oxunub: 265    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.