Millimizin Kosovo ilə matçı şotlandlara tapşırıldı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Kosovoya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

 

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millimizin bu rəqiblə görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

 

Matçın baş hakimi Donald Robertson, köməkçi referilər isə Cordan Stokoe və Şon Karr olacaq. Dördüncü hakim kimi Nikolas Uolş fəaliyyət göstərəcək.

 

Kosovo ilə qarşılaşma martın 22-də, Mitrovitsa şəhərindəki Adem Yaşari olimpiya stadionunda keçiriləcək.

Tarix: 19 Mart 16:24    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.