Kyellini "Real"la oyunu da buraxa bilər

A Seriyasının 29-cu turunun SPAL-la oyununda (0:0) zədələnən “Yuventus”un müdafiəçisi Corco Kyellininin durumuna aydınlıq gəlib.

 

Sportinfo.az xəbər verir ki, tibbi müayinədən sonra 33-cü yaşlı futbolçunun zədəsinin gözləniləndən ciddi olduğu ortaya çıxıb.

 

Son matçda əzələsi dartılan futbolçunun bərpa prosesi uzun çəkə bilər. Zədə səbəbindən İtaliya millisinin Argentina (23 mart) və İngiltərə (27 mart) ilə yoldaşlıq oyunlarını buraxmaq məcburiyyətində qalan Kyellinin “Yuventus”un Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la Turində keçiriləcək ilk görüşündə meydana çıxması da sual altına düşüb.“Yuventus” – “Real” oyunu aprelin 3-də keçiriləcək.

Tarix: 19 Mart 16:12    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.