"Qarabağ" rəsmisi: "2 milyonluq legioner gətirmək qeyri-mümkündü"

«Gələn mövsümkü büdcəmizin artıb-artmayacağını indidən açıqlaya bilmərəm».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

 

2017-ci il ərzində futbol klublarına UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri 37 milyon 48 min 16 manat təşkil edib. 


Məbləğin 33 milyon 350 min 68 manatı "Qarabağ"ın, 1 milyon 570 min 640 mananatı "Qəbələ"nin, 996 min 626 manatı "Zirə"nin, 858 min 484 manatı "Keşlə"nin, hərəyə 202 min 957 manatı "Neftçi" və "Kəpəz"in, hərəyə 138 min 142 min manatı "Sumqayıt" və "Şüvəlan"ın hesabına köçürülüb.


Klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klubların hesabına köçürülüb.


Premyer Liqada iştirak etmiş "İnter"ə 2016-2017-cı il mövsümünü başa vurmaq üçün klubun sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrılan 500 min manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb. 


N.İbrahimovun bildirdiyinə görə, büdcə ilə bağlı məsələyə cari mövsüm başa çatandan sonra baxılacaq:

 

«UEFA-nın avroturnirlərlə bağlı tətbiq etdiyi yeni qaydalardan xəbərdarıq və başa düşürük ki, bunlar istər Çempiqnal Liqasının, istərsə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı çətinləşdirir.

 

Ancaq bizim məqsədimiz dəyişməyib, qaldığımız yerdən yolumuza davam etməyə çalışacağıq. Azərbaycanı yenə Avropada layiqincə təmsil eləməkdi fikrimiz.

 

UEFA-dan gələn vəsaitin hansı istiqamətlər üzrə xərclənməsini rəhbərliyimiz bilər. Məndə bu haqda məlumat yoxdu. Büdcə isə rəhbərliklə baş məşqçi arasında müzakirə olunan məsələdi.

 

Təbii ki, büdcə var deyə, 2 milyonluq legioner gətirmək qeyri-mümkündü. Çünki bu cür bahalı transfer əməliyyailar bir çox şərtlər daxilində həyata keçirilir, tələblər vartır.

 

Rəhbərliyimiz transfer işlərində bütün səlahiyyətləri baş məşqçiyə verib. Qurban Qurbanov da həmişə mövcud reallıqları nəzərə alır». 

 

Tarix: 19 Mart 15:48    Oxunub: 629    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.