"Atletiko" rəsmisi: “Klubumuzla əməkdaşlıq Azərbaycana turist axınını artırıb"

“Atletiko” ilə əməkdaşlıq Azərbaycana turist axınını artırıb.

 

Sportinfo.az “Sport-Eksperss”ə istinadən xəbər verir ki, bunu Madrid təmsilçisinin Futbol Akademiyasının rəhbərlərindən olan Antonio Rivera Rusiyanın paytaxtı Moskvada RMA Biznes-Məktəbinin İdman oyun növləri üzrə menecment fakültəsinin tələbələri üçün mühazirəsində bildirib.

 

O deyib ki, “Atletiko” komandasının futbolçularının geyindiyi formaların üzərində "Azerbaijan Land of Fire” reklamının yazılması hər iki tərəf üçün faydalı olub:

 

Tərəfdaşlarımıza çox diqqətlə yanaşırıq. Düşünürəm ki, bir neçə il əvvəl oyunçuların formalarının üzərində “Azerbaijan Land of Fire” reklamı çoxlarının yadındadır. Həmin əməkdaşlıq qarşılıqlı faydalı oldu.

 

Həqiqətən də Azərbaycanın dünyada tanınması artdı. Ora turist axını çoxalıb və “Atletiko”nun buna kömək etməsi faktdır. Bu gün titul sponsorumuz başqadır, amma xoş münasibətlər onsuz da qalıb, biz onları qiymətləndiririk”.

 

“Atletiko” 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-dək oyunlara üzərində “Land of Fire Azerbaijan” yazılmış formalarla çıxıb.

 

Həmçinin “Bakı 2015” I Avropa Oyunları zamanı madridlilərin formalarında “Baku 2015 1st European Games” yazısı həkk olunub.

 

Azərbaycanla əməkdaşlıqdan sonra "Atletiko"nun tarixində böyük yüksəliş baş verib. Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv həmin dönəmdə İspaniya çempionu olmaqla yanaşı, Kral Kubokunu qazanıb və Çempionlar Liqasının (ÇL) finalına vəsiqə yüksəlib.

 

Madrid təmsilçisi cari mövsüm ÇL-də “Qarabağ”la eyni qrupda yer alıb. Bu komandalar arasındakı hər iki görüşdə heç-heçə qeydə alınıb – 0:0 və 1:1.

 

Tarix: 19 Mart 10:12    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.