"Onu heç vaxt günahsız yerə komandadan çıxarmazlar"

"Ayntraxt"ın idman direktoru Freddi Bobiç millimizin üzvü Renat Dadaşovun komandadan qovulmasına münasibət bildirib.

 

Sportinfo.az-ın “sport1.de” saytına istinadən yaydığı xəbərə görə, klub rəsmisi gənc hücumçunun hərəkətinə  görə heyfsləndiyini deyib və onu qeyri-peşəkarlıqda günahlandırıb:

 

“Əgər bir futbolçunun istedadı varsa, onu heç vaxt günahsız yerə komandadan çıxarmazlar. Peşəkar müqavilə bağlamaq yaxşıdı, hətta çox yaxşıdı. Amma təkcə imza atmaqla iş bitmir. Renat gərək özünü peşəkar kimi aparsın”.


Məşq zamanı komanda yoldaşını vuran R.Dadaşov məşqçilər korpusunun qərarı ilə komandada qovulub. Yığmamızın forvardının qış fasiləsindən döndükdən sonra artıq çəkisinin olduğunu söyləyən Bobiç onu qeyri-peşəkarlıqda günahlandırıb: “Əgər sizin təhsiliniz varsa, kluba uyğun gəlirsə, səbəbsiz yerə komandadan qovulmazsız. Xüsusən də, gənc futbolçu. Peşəkar davranmaq və özünü buna uyğun aparmaq lazımdı”.

Tarix: 19 Mart 14:48    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.