“Mançester Yunayted” sanki Sançesin əkiz qardaşını transfer edib"

“Nyukasl”ın sabiq futbolçusu Alan Şirer Aleksis Sançesin “Mançester Yunayted”dəki oyunu barədə danışıb. 

 

Sportinfo.az xəbər verir ki, Şirer Sançesin oyununu tənqid edib.

 

O, “Mançester Yunayted”in də darıxdırcı futbol sərgilədiyini bildirib: “Elə təəssürat yaranır ki, “Mançester Yunayted” sanki Sançesin əkiz qardaşını transfer edib.

 

O, itmiş uşağa bənzəyir. Məşqçinin işi ondan ibarət olmalıdı ki, futbolçuya ən yüksək keyfiyyətlərini göstərməkdə yardım etsin.

 

Baxın, “Sevilya” ilə oyunda meydanda onların hansı futbolçuları olub... Lukaku, Sançes, Reşford. Onlar hamısı yüksək səviyyəli futbolçulardı.

 

Joze Mourinyonu dəvət edəndə “Mançester Yunayted”də nə alacaqlarını yaxşı bilirdilər. Onun komandaları baxım futbol göstərməsə də, qənimətlər qazana bilib.

 

Ötən mövsüm də belə olmuşdu. Mənim qənaətim belədi ki, “Mançester Yunayted”in göstərdiyi futboldan zövq almaq mümkün deyil”.

Tarix: 19 Mart 14:24    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.