"Kəpəz"in legioneri: "Gərək məni üzrlü sayasız, heç nə deyə bilmərəm"

Bu gün «Kəpəz» üçün vacib gündü.

 

Komanda üzvləri neçə vaxtdı martın 19-nun gəlib yetişməsini gözləyir.

 

Çünki rəhbərlik 2 aydı onların maaşını ödəmir. Premyer Liqanın son 2 turunu məğlubiyyətlə bitirən «Kəpəz»də ciddi problemlər baş qaldırıb.


Yeni ilin gəlişindən 3 aya yaxın vaxt keçsə də, Gəncə təmsilçisi yalnız 1 dəfə, onda da yanvarın maaşını alıb.

 

Ödəmələrin AFFA-dan, yoxsa SOCAR-dan qaynaqlanması hələlik bilinmir. Bilinən bircə odu ki, yaranmış vəziyyət Yunis Hüseynovu futbolçularla üz-üzə qoyub. Xüsusən legionerlər düşdükləri durumdan bərk narahatdı.
 
«Kəpəz» Bakıda ev tutduğu oyunçuların kirayə pulunu belə, verə bilmir. Mənzil sahibləri ən qısa müddətdə ödəmə edilməyəcəyi təqdirdə, onları evdən çıxaracaqları ilə hədələyib.
 
Komandaya yanvarın axırında qoşulan əcnəbilərdən İqor Korotetski və Şandon Vinçesterin isə ümumiyyətlə əlinə pul dəyməyib. Hər ikisi Bakıda öz hesabına yaşayır və cibinin pulunu xərcləyir.

Yerlilər səsini çıxarmağa cəsarət etməsə də, legionerlər artıq narazılığını bildirib. Rəhbərliyin diqqətinə çatdırılıb ki, maaşları bugünlərdə ödənilməsə, əvvəlcə məşqləri, sonra çempionat oyunlarını boykot edəcəklər.

 

Baş məşqçi Yunis Hüseynovun fikirləri ilə tanışsız. O, problemlərin qısa zaman aradan qalxacağını vəd edib.

 

Bəs futbolçular yaranmış vəziyyət barədə nə düşünür? Bu sualla 3 legionerə müraciət etdik, hamısından oxşar cavab aldıq.


İqor Korotetski: «Bağışlayın, Yunis Hüseynov bizə danışmağa icazə vermir. Gərək məni üzrlü sayasız. Heç nə deyə bilmərəm.Hətta deməyə müəyyən sözlərim olsa da».


Sergey Litovçenko: «Sizinlə yalnız oyundan sonra, yaxud məşqdən sonra danışa bilərəm. O da üzbəüz və baş məqşçinin icazəsiylə. Klubdan mətbuatla ünsiyyətə qadağa qoyulub. Bunu pozan futbolçu böyük məbləğdə cərimə olunacaq».


Quili Mandqaladze: «Yaxşı olar ki, biz söhbət etməyək, Mən klubdakı vəziyyət barədə heç bir sualınızı cavablandıra bilməyəcəm. Qadağa var».

 

SPORTİNFO.AZ

Tarix: 19 Mart 14:12    Oxunub: 289    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.