"Dostluq üçün futbol"da Azərbaycanı kim təmsil edəcək?

Eyni adlı beynəlxalq uşaq sosial layihəsi çərçivəsində Moskvada keçiriləcək "Dostluq üçün futbol" (Football for Friendship) turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyən edilib.

 

Sportinfo.az xəbər verir ki, bu mötəbər turnirdə Azərbaycanı qapıçı mövqeyində çıxış edəcək 12 yaşlı Conatan Ferqüsson təmsil edəcək.

 

Ferqüsson 2005-ci ilin avqustunda Bakıda doğulub. O, Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.

 

Azərbaycandan olan gənc jurnalist kimi Moskvaya Rəna Əliyeva göndəriləcək və o, layihə çərçivəsində baş verənləri işıqlandıracaq.

 

"Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial layihəsi "Qazprom" İSC-nin himayədarlığı ilə 2013-cü ildən keçirilir və müxtəlif millətlərdən, cinslərdən, fiziki imkanlardan ibarət uşaqları birləşdirir.

 

"Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial layihəsinin məqsədi uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdi.

 

İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

 

2018-ci ildə proqram 211 ölkə və regionu birləşdirib. Mövsümün final tədbirləri iyunun 8-dən 15-nə qədər Moskvada keçiriləcək.

 

2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub. Sputnik Azərbaycan "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial layihəsinin informasiya tərəfdaşıdır.

Tarix: 19 Mart 14:00    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.