MOİK AFFA-nı aldatmaq istədi, bundan "Binə" qazandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

 

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 20-ci turun “Keşlə” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Birinci Divizionun 18-ci turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

Birinci Divizionun 18-ci turunun MOİK – “Binə” matçında ev sahiblərinin heyətində cəzalı olan futbolçu (Bəhruz Teymurov) iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və  klub 400 manat cərimə olunub.

 

Birinci Divizionun 18-ci turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Tarix: 19 Mart 13:12    Oxunub: 315    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.