Azərbaycanlı şəxslər "Milan"ın üstündə kafedə silahlı dava saldı

Sankt-Peterburun Vıborq rayonundakı “Milan” kafesində Azərbaycan əsilli şəxslərin iştirakı ilə kütləvi dava baş verib.

 

Sportinfo.az xəbər verir ki, dava travmatik silahdan atışma ilə müşayiət olunub.


Hadisə yerinə Vıborq rayonunun mühafizə dəstəsi çağrılıb, dava iştirakçıları hadisə yerindən qaçıblar. Amma onlardan biri- soyadı Əhmədov olan 32 yaşlı şəxs mühafizə dəstəsi tərəfindən saxlanılaraq, Vıborq rayonunun 59-ci polis bölməsinə aparılıb.


Bəzi yerli mənbələrin iddiasına görə, insident İtaliya A Seriyasında 29-cu turu çərçiəvsində keçirilən «Milan» - «Kyevo» matçından (3:2) sonraya təsadüf edib.

 

Belə ki, Andre Silvanın 82-ci dəqiqədə vurduğu qolla qələbə qazanan ev sahiblərinin azarkeşləri kafedə bunu qeyd etmək istəyib. Bu isə ətrafdakıların xoşuna gəlməyib və dava düşüb.

Tarix: 19 Mart 12:24    Oxunub: 235    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.