Şəhriyar Məmmədyarov 16-cı gedişdə sülhə razılaşdı - İDDİAÇILAR

Almaniyanın paytaxtı İddiaçılar Turnirində şahmatçılar ilk dövrənin son turunun qarşılaşmalarına çıxıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov VII tura təsadüf edən görüşdə qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla qarşılaşıb.

 

Qarşılaşma 16-cı gedişdə sülhə yekunlaşıb. Beləliklə, Məmmədyarov turnirdə 5-ci heç-heçə ilə məğlubiyyətsizliyini davam etdirib. Onun aktivində 2 qələbə də var.

 

Qrişuk isə ilk 6 turda yeganə qələbəsini II turda ABŞ təmsilçisi Uesli So üzərində qazanıb. O, yeganə məğlubiyyətini ilk turda həmyerlisi Vladimir Kramnikdən alıb. Son 4 turda isə 35 yaşlı qrossmeyster yalnız heç-heçələr edib.


Turun digər görüşləri:

Levon Aronyan (Ermənistan) - Fabiano Karuana (ABŞ) - 0:1

Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin) 0.5:0.5

Sergey Karyakin (Rusiya) - Uesli So (ABŞ) - 1:0

 

7 turdan sonra Fabiano Karuana 5 xalla 1-ci pillədə qərarlaşıb. Məmmədyarov isə 4.5 xalla ikincidir. Qrişuk, Lijen və Kramnik hərəyə 3.5 xalla 3 - 5-ci yerləri bölüşür. Karyakin 3 xalla 6-cı, Aronyanla So isə hərəyə 2,5 xalla 7 - 8-ci yerdədir. 

Tarix: 19 Mart 00:50    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.