“Sarı gəlin” sədaları altında çıxış edən türkiyəli gimnast medal qazandı

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib.

 

İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub - 12.733. Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.

 

Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub. Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

 

Ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Tarix: 19 Mart 00:40    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.