“Çelsi” – “Qarabağ”: Burda heç bir hiss, həyəcan yox idi"

Çempionlar Liqasında formatın dəyişdirilməsi böyük futbol ölkələrinin ürəyincədi.

 

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı araşdırma aparan mütəxəssislər və KİV Çempionlar Liqasının gələn mövsümdən daha maraqlı olacağını düşünürlər.


Yazıda cari mövsümün qrup mərhələsindəki bəzi oyunlar nümunə kimi göstərilib ki, onlar arasında “Çelsi” – “Qarabağ” görüşü də var.

 

Həmkarlarımızın fikrincə, gələn mövsümdən böyük hesablı nəticələr qeydə alınmayacaq: “UEFA Çempionlar Liqasında yeni yol açıb ki, bu da kiçik futbol ölkələrinin işini çətinləşdirir. İndi hətta 1/8 final mərhələsində də birtərəfli oyunlar izləmək mümkündü.

 

“Liverpul”un “Porto” (5:0), “Mançester Siti”nin “Bazel” (4:0), “Bavariya”nın isə “Beşiktaş” (5:0) üzərindəki qələbəsi çox şeydən xəbər verir. “Real” – PSJ, “Yuventus” – “Tottenhem”, “Çelsi” – “Barselona” kimi cütlüklər həyəcanlı tamaşa deməkdi.

 

Əsl Çempionlar Liqası budu. Azarkeşlərin tribunadan, televiziyadan izləmək istədikləri oyunlar bunlardı. Üstəlik, pul da qazandırır.

 

Qrup mərhələsindəki APOEL – “Real” (0:6), PSJ - “Seltik” (7:1), “Çelsi” – “Qarabağ” (6:0) və “Maribor” – “Liverpul” (0:7) matçlarında isə heç bir hiss, həyəcan yox idi. Bunlar qeyri-ciddi oyunlardı. Ancaq format dəyişikliyindən sonra daha gərgin mübarizələr görəcəyik”.

 

Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ” “Çelsi”, “Atletiko” və “Roma”nın yer aldığı “ölüm qrupu”nda 2 xal yığa bilmişdi. Azərbaycan çempionu qrupdakı debüt matçında səfərdə “Çelsi”yə 0:6 hesabı ilə məğlub olmuşdu (apasport.az).

Tarix: 19 Mart 00:30    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.