Balotelli: "PSJ mənim üçün "Qenqam" kimi bir komadandı"

İpə-sapa yatmayan, açıqlamaları ilə diqqət çəkən "Nitsa"nın hücumçusu Mario Balotelli PSJ haqda danışıb.

 

Sportinfo.az xəbər verir ki, Mario PSJ-nin Çempionlar Liqasının 1/8 finalında "Real"a məğlub olmağı haqq etdiyini deyib:

 

"PSJ mənim üçün "Qenqam" kimi bir komadandır. Yəni ki, sıradan bir Fransa klubudur. Çempionatı qalib başa vursalar belə, vecimə deyil.

 

Bu mövsüm PSJ-ni izləməmişəm. Məncə, "Real"a uduzmağa layiq idilər. Pul yaxşı komanda qurmaq üçün yetərli deyil".

 

27 yaşlı forvard "Nitsa"da xoşbəxt olduğunu sözlərinə əlavə edib: "Komandamı sevirəm. Keçmişdə yaşamadığım günləri burada keçirirəm.

 

Ən azı Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Bu, bizim üçün çox önəmldiir. "Nitsa"da sakit insan olmağı öyrəndim. Burada xoşbəxtəm".

Tarix: 18 Mart 19:27    Oxunub: 230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.