"Xahiş edirəm, mənə milli komanda barədə sual verməyin"

“Bavariya”dan ayrıldıqdan sonra işsiz olan Karlo Ançelotti İtaliya millisini çalışdıracağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis yerli mətbuata açıqlamasında karyerası barədə qərarı mövsümün sonunda verəcəyini, hazırda bu barədə danışmaq istəmədiyini deyib:

 

“Xahiş edirəm, mənə milli komanda barədə sual verməyin. Hələ ki, heç bir qərar verməmişəm. İyun ayında hər şeyi görəcəyik”.

 

Ançelotti Çempionlar Liqası barədə də danışıb. O, “Real” və “Barselona”nın qitənin ən nüfuzlu klub turnirinin favoritləri olduğunu deyib:

 

“Real” və “Barselona” Çempionlar Liqasının favoritləridi. Çünki Ronaldo və Messi kimi futbolçulara sahibdilər.

 

Açıq görünür ki, “Yuventus” və “Roma” bu komandalarla eyni səviyyədə deyil, lakin mərhələ keçmək şansları var”.

Tarix: 18 Mart 18:48    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.