"Azərbaycan millisində "Qarabağ"ın futbolçusu çoxdu və onların təcrübəsi var"

Millətlər Liqasında Azərbaycan ilə bir qrupda yer alan Malta millisinin baş məşqçisi Tom Saintfit Lüksemburq mətbuatına müsahibəsində komandasının bu turnirdəki şanslarını dəyərləndirib.

 

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis qrupun ən güclüsünün Kosovo yığması olduğunu bildirib:


“Millətlər Liqası bizim üçün önəmlidi. Bizim qrupun əsas favoriti Kosovodu. Bu milli digər yığmaları üstələyir.

 

Azərbaycan millisində bu mövsümdə Çempionlar Liqasının qrup mərhələsində oynamış "Qarabağ"ın çoxlu futbolçusu çıxış edir. Yəni onların təcrübəsi var. Bir sözlə, çətin qrupda yer almışıq.


Düzdü, Malta son 50 ildə seçmə mərhələdə cəmi 5 oyunda qalib gəlib. Buna baxmayaraq, qrupda heç olmasa 2 qələbə, 2 heç-heçəyə ümid edirəm. İkinci və ya üçüncü ola bilərik. Qrup sonuncusu olmaq istəmirik".


Malta millisi martın 22-də evdə Lüksemburqla, 4 gün sonra isə Türkiyədə Finalndiya yığması ilə yoxlama oyunu keçirəcək.


Millətlər Liqasının D qrupunda Azərbaycan və Malta yığmaları ilə yanaşı, Kosovo və Farer adaları milliləri də yer alıb.

Tarix: 18 Mart 18:22    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.