Bu futbolçu barədə Qurban Qurbanova elə məlumatlar ötürdülər ki…

“Ayntraxt”ın U-19 komandası Almaniyanın gənclər arasında təşkil olunan Bundesliqasının cənub zonasında növbəti matçına çıxıb.

 

Frankfurt təmsilçisi XV turdan təxirə salınmış matçda “Vehen”in qonağı olub.

 

Qarşılaşma “Ayntraxt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın üzvü, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 


Digər həmyerlimiz Murad Mahmudov isə meydana çıxıb. Hazırda 23 xalı olan “Ayntraxt” turnir cədvəlində 9-cu pillədə yer alıb.


Yeri gəlmişkən, millinin heyətini açıqlayan Qurban Qurbanov düşərgəyə 24 futbolçu cəlb edib. Bu oyunçular martın 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

 

Millimiz ayın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.


Dadaşov Qurbanovun siyahısında yer almayıb. Sportinfo.az-ın məlumatına görə, “Ayntraxt“ın forvardı barədə topladığı informasiyalar yığmanın yeni çalışdırıcısını məyus edib.

 

Ona məlumat verilib ki, Renat millidə olduğu müddətdə intizamsız davranışı ilə diqqət çəkib, rejimə riayət etməyib, gün ərzində telefonu əlindən yerə qoymayıb, gecə həyatına həvəs göstərib.

 

Bu azmış kimi, mili atributlarımıza etinasız yanaşıb, himni öyrənmək barədə AFFA rəsmilərinin çağırışına məhəl qoymayıb, onu əsas heyətdə meydana buraxmayan Rolbert Prosineçki ilə mübahisə edib.

Tarix: 18 Mart 16:38    Oxunub: 835    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.