"Onlara hədsiz hörmət edirik, amma heç qorxmuruq”

“Yuventus”un tarixi boyu həmişə Avropa futbolunun elitasına çxması klubun genetikasından irəli gəlir və bu, bütün məşqçilərə, futbolçulara ötürülür.

 

Biz hər zaman olduğu kimi istənilən komanda ilə rəqabət apara biləcək gücdəyik”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri “Yuventus”un baş direktoru Beppe Marotta deyib.

 

Komandasının püşkdə Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la düşməsinə münasibət bildirən turinli rəsmi rəqibdən qorxmadıqlarını söyləyib:

 

“Düşünürəm ki, “Real”la qarşılaşmamız erkən olacaq. Amma istənilən halda gec-tez onlarla oynamalıyıq.

 

Məncə, dünyanın ən yaxşı klubudu. Onlara hədsiz hörmət edirik. Amma əminliklə deyirəm ki, heç qorxmuruq”.

 

Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcək “Real” və “Yuventus” klubları əvvəlki mərhələdə müvafiq olaraq, PSJ və “Tottenhem”i mübarizədən kənarlaşdırıblar.

Tarix: 18 Mart 16:12    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.